UEFA Azərbaycan klublarını SEVİNDİRDİ

20 Mart 2020 00:42 Premyerliqa 1 098
UEFA Azərbaycan klublarını SEVİNDİRDİ

UEFA Azərbaycan klublarını da yaxından maraqlandıran bir məsələyə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, qurum maliyyə "fair-play" qaydalarına uyğunluğunu yoxlayarkən, koronavirusla bağlı vəziyyəti nəzərə alacaq.

Klubların vaxtı keçmiş borcları olmadığını sübut etmək üçün son tarix martın 31-dən aprelin 30-na təxirə salınıb:

"Qaydalarla bağlı monitorinq fəaliyyətinə gəlincə, fors-major halları prinsipi artıq reqlamentlə tənzimlənib. Bu prinsipə əsasən, klublardan asılı olmayan istənilən fors-major hal onların dəyərləndirilməsinin bir hissəsi kimi nəzərə alınacaq".

Digər Xəbərlər
Xəbər Lenti