PFL: "UEFA-nın sabahkı qərarından sonra nəsə danışmaq olar"

16 Mart 2020 15:46 Premyerliqa 818
PFL: "UEFA-nın sabahkı qərarından sonra nəsə danışmaq olar"

Koronavirus pandemiyasına görə Avropa ölkələrinin daxili çempionatları kimi Azərbaycan Premyer Liqasına da uzun müddətli fasilə verildi.

Hətta çempionatların sonradan başa çatdırılması da sual altındadır.

Artıq bəzi ölkələrdə bu halda hansı formatla çempionun və avrokuboklara gedəcək klubların müəyyən olunması müzakirə olunur.

Görəsən, Azərbaycan Premyer Liqasının da başa çatdırılması mümkün olmasa, Peşəkar Futbol Liqası hansı formatdan istifadə edəcək?

Məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sportinfo.az-a bunları dedi:

"Belə bir müzakirəmiz olmayıb. Ona görə də indi nəsə demək olmaz. Bu dəqiqə heç bir variant ehtimalı yoxdur. Heç buna ehtiyac da yoxdur.

Sabah UEFA-nın videokonfrans iclası olacaq. Orada bütün çempionatlar və ən əsası AVRO-2020 haqqında veriləcək qərardan sonra nəyisə müzakirə etmək olar".

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular