Azərbaycanda klublara maliyyə ayrılacaq: "Sürprizlər planlaşdırırıq"

27 Fevral 2020 22:10 Premyerliqa 1 490
Azərbaycanda klublara maliyyə ayrılacaq: "Sürprizlər planlaşdırırıq"

“Qarabağ”ı indidən çempion saymaq olmaz. Çünki qarşıda hələ çox oyunlar var”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Premyer Liqanın geridə qalan 18 turunu dəyərləndirən PFL rəhbəri komandaların mübarizəsindən razılıq bildirib. Musayev oyunların keyfiyyətinə qiymət verməyin isə hələ tez olduğunu düşünür:

“Çempionatla bağlı mənim üçün əsas sürpriz “Qarabağ”dan başqa digər klublar arasında turnir cədvəlində yerdəyişmələrin tez-tez olmasıdır. Bu, çox yaxşı haldır.

Komandaların bərabər gücə malik olması, gərgin mübarizə çempionatın maraqlı keçməsindən xəbər verir. Bir sözlə, mübarizə, gərginlik ürəyimizcədir. Komandalar bir-birilərinə yaxındırlar.

İndidən heç kim hansı klubun neçənci yeri tutacağını deyə bilməz. Hər şey sonda müəyyənləşəcək. Amma keyfiyyət yayda avrokuboklar zamanı bilinəcək”.

Ramin Musayev Azərbaycan kubokunun final oyunu ilə bağlı bəzi sürprizlər hazırladıqlarını da sözlərinə əlavə edib: “Əlbəttə ki, kubokun finalında sürprizlər planlaşdırırıq. Maddi durumla əlaqədar bəzi yeniliklər olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti