Ramin Musayev: "Premyer Liqaya 3 komanda çıxsa, autsayder diviziona düşəcək"

24 Fevral 2020 19:16 Premyerliqa 1 394
Ramin Musayev: "Premyer Liqaya 3 komanda çıxsa, autsayder diviziona düşəcək"

"Mövsümün sonunda I Diviziondan 3 komanda gəlsə, Premyer Liqanın autsayderi diviziona düşəcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqada cari mövsümün sonunda axırıncı yeri tutan komandanın I Diviziona düşüb-düşməyəcəyi ilə bağlı danışarkən deyib.

PFL rəsmisi bildirib ki, bu məsələdə hər şey aşağı dəstə klublarının maddi durumundan asılı olacaq:

"I Diviziondan başqa, hansısa klub lisenziya şərtlərini yerinə yetirə bilsə və maddi imkanı Premyer Liqada iştiraka imkan versə, o zaman elitada sonuncu pilləni tutan komandanı, sözsüz ki, həmin kollektiv əvəzləyəcək. Bu, birmənalı şəkildə belə olacaq" (report).

Hazırda Premyer Liqada "Qəbələ" klubu 13 xalla sonuncu - 8-ci pillədədir. Yeni mövsümdən I Diviziondan "Kəpəz" və "Turan Tovuz"ın elitada mübarizə aparacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti