Prosineçkinin qovduğu tanınmış futbolçu Azərbaycana gəlir?

17 Yanvar 2020 17:07 Premyerliqa 1 868
Prosineçkinin qovduğu tanınmış futbolçu Azərbaycana gəlir?

"Kayserispor"un qanalı futbolçusu Bernard Mensah heyətdən uzaqlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, Robert Prosineçkinin gəlişindən sonra 25 yaşlı futbolçu intizamsız hərəkətlərinə görə heyətdən qovulub.

Türkiyə mətbuatı yazır ki, Mensah baş məşqçinin bu qərarından sonra yenidən komandaya qayıtmağı düşünmür. Futbolçu transfer dönəmindən istifadə edib karyerasını başa ölkədə davam etdirə bilər.

Maraqlıdır ki, qanalı oyunçunun gedə biləcəyi ölkələrin içində Azərbaycanın da adı var. Ancaq mənbə oyunçunun ölkəmizdə hansı komandaya keçə biləcəyini qeyd etməyib.

Mensah yanvarın 14-də “Kayserispor”un Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Fənərbağça”ya qarşı keçirdiyi görüşdə əsas heyətdə olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!