"Komandamın qələbəsi daha vacibdir, nəinki qol vurmağım"

9 Dekabr 2019 14:47 Premyerliqa 545
"Komandamın qələbəsi daha vacibdir, nəinki qol vurmağım"

"Zirə" Premyer Liqada qış fasiləsinə böyükhesablı qələbə ilə yollandı. Qəsəbə klubunun "Səbail"i 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada hesabı açandan sonra dubl edərək cari mövsüm vurduğu qolların sayını 4-ə çatdıran Nicat Süleymanov görüşlə bağlı Sportinfo.az saytına açıqlama verib.

Fərdi uğurları çox vacib saymayan 21 yaşlı yarımmüdafiəçi komandasının yaxşı nəticə qazanmasının əsas olduğunu deyib.

"Səbail"lə oyuna çox yaxşı hazırlaşmışdıq. Fasiləqabağı mütləq qələbə qazanmaq istəyirdik. 13-cü turda səfərdə "Qəbələ"yə böyük hesabla uduzduğumuz (0:3) üçün bu görüşdən mütləq 3 xalla ayrılmağı qarşımıza məqsəd qoymuşduq. Sevinirəm ki, bunun öhdəsindən gələ bildik. Vurduğum iki qola gəlincə, təbii, çox şadam, ancaq əas olan "Zirə"nin uğur qazanmasıdır. Buna daha çox sevinirəm".

Süleymanov Premyer Liqada bombardirlər yarışında "Qarabağ"lılar - İsmayıl İbrahimli, Maqaye Geye, Mahir Emreli, həmçinin komanda yoldaşı Xulio Sezar Rodrigeslə birlikdə 3-7-ci yerləri bölüşdürür. Ən sərrast futbolçular - Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt") və Stiven Monrozdan ("Neftçi") 2 top geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"