"Qəbələ"də ciddi itki - SON DƏQİQƏ

21 Sentyabr 2019 15:15 Premyerliqa 2 241
"Qəbələ"də ciddi itki - SON DƏQİQƏ

Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün səfərdə "Səbail"in qonağı olacaq "Qəbələ" meydana ciddi itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, şimallılar bugünkü qarşılaşmada Klesio Baukun da xidmətindən yararlana bilməyəcəklər.

Klubun baş meneceri Zaur Əzizovun saytımıza bildirdiyinə görə, Klesio oyunqabağı məşqdə zədə alıb. Mozambikli vinger bir müddət komandasına kömək edə bilməyəcək.

Ondan başqa, təcrübəli yarımmüdafiəçi Asif Məmmədovla Kristian Kuakunun da zədəsini sağaltmadığını diqqətinizə çatdıraq.

Digər Xəbərlər
Xəbər Lenti