
Premyer Liqada yanvar ayının ən yaxşı qolu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Ayın ən yaxşısı "Kəpəz"in müdafiəçisi Turan Manafovun 19-cu turda "Turan Tovuz"un qapısına vurduğu ilk qol olub.
Münsiflər heyətinin 11 üzvündən 4-ü Turan Manafova səs verib.
26 yaşlı müdafiəçinin ən yaxın izləyiciləri isə bu ay "Turan Tovuz"dan ayrılan Otto Con və "Zirə"nin futbolçusu Ruan Renato olub - hərəyə 3 səs.