
Premyer Liqa klublarının yay bazarlığı davam edir.
İyunda susqun görünənlərin iyuldakı fəallığı bir xeyli artıb. Lakin “Neftçi” ilə bağlı narahatlıq hələ də aradan qaldırılmayıb.
Klubların yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.
Avrokubok təmsilçilərimizin transfer bazarında aram addımlar atması hər nə qədər düşündürsə də, bir o qədər anlaşılandır. Tələsik və yanlış qərarlar qəbul etməkdən ehtiyatlanırlar.
Əvəzində “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”da kütləvi dəyişikliklər nəzərə çarpmaqdadır. Bu 4 klub son ayyarımda ümumilikdə 35 yeni futbolçu ilə güclənib.
Qarabağ
Gedənlər: Maksim Medvedev (karyerasını bitirib), Adama Diakabi (“Bandırmaspor”, Türkiyə), Andrey Lunyov (“Dinamo”, Moskva), Luka Quqeşaşvili (“Panserrakos”, Yunanıstan).
Gələnlər: Musa Qurbanlı (“Yurqarden”, İsveç), Fabiyan Buntiç (“Vizela”, Portuqaliya)
Müqaviləsi artırılanlar: Riçard Almeyda, Abdullah Zubir.
Zirə
Gedənlər: Vladislav Kulaç, Sezar Meza Kolli, İlkin Muradov (Şamaxı), Rəhim Sadıxov (Sumqayıt), Dmitrios Çantakias.
Gələnlər: Aydın Bayramov (Turan Tovuz), Elçin Əlicanov, Junior Martins (hər ikisi “Kəpəz”), Davit Volkov (Sabah), Ange Mutsinzi (“Jerv”, Norveç).
Müqaviləsi artırılanlar: Qismət Alıyev, Anar Nəzirov, Fuad Bayramov.
Sabah
Gedənlər: Kristian Sebalyos, Davit Volkov (Zirə), Kristian da Silva (Turan Tovuz), Maruan Hadudi, Emmanuel Epah.
Gələnlər: İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya). Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), Neboş Kupusoviç (“Trençin”, Slovakiya) Pavol Şafranko ((“Şepsi”, Rumıniya).
Müqaviləsi uzadılan: Kahim Parris (“Dinamo”, Kiyev).
Sumqayıt
Gedənlər: Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata (“Vayle”, Danimarka), Kasimir Ninqa, Kamran Əliyev.
Gələnlər: Rəhim Sadıxov (Zirə), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Salvişa Radoviç (“Sarayevo”, Bosniya və Hersoqovina), Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya).
Neftçi
Gedənlər: Ömər Buludov (Araz-Naxçıvan), Eddi İsrafilov, Aqil Məmmədov, Ataa Caber, Reziuan Mirzov (“Ximki”, Rusiya), İvan Brkiç (“Motor”, Polşa).
Gələnlər: Emil Səfərov (Qəbələ), Edvin Kuç (“Balkani”, Kosova), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə).
Turan Tovuz
Gedənlər: Fərid Nəbiyev (Turan Tovuz). Tərlan Əhmədli (Araz-Naxçıvan), Aydın Bayramov (Zirə), Kamal Bayramov (Şamaxı).
Gələnlər: Tural Bayramlı (Araz-Naxçıvan), Sergey Samok (“KamAz”, Rusiya), İvan Konovalov (“Baltika”, Rusiya), Kristian da Silva (Sabah).
Müqaviləsi artırılanlar: Şəhriyar Əliyev, Aleks Souza, Emanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Xəyal Nəcəfov, Eltun Turabov, Denis Marandiçi, Xəyal Nəcəfov, Veysəl Rzayev.
Səbail
Gedənlər: Ağabala Ramazanov (karyerasını başa vurub), Səlahət Ağayev, Vüqar Həsənov (Qəbələ), Bahadur Həziyev, Adil Nağıyev, Rafael Məhərrəmli (hər ikisi “Şamaxı”).
Gələnlər: Fərid Nəbiyev (Turan Tovuz), Vüsal Məsimov (Kəpəz), Nihad Quliyev (Qarabağ), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Laruçça (“Etır”, Bolqarıstan), Mert Çelik (“Başakşehir”, Türkiyə), Gülağa Əsədov (İmişli), Əlirza Müştəbəzadə (Difai), Ayman Bouali (“Ümraniyespor”, Türkiyə).
Müqaviləsi artırılanlar: Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Süleyman Əhmədov, Cabir Əmirli.
Araz-Naxçıvan
Gedənlər: Adulla Rzayev, İldar Alekperov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov, Orxan Əliyev.
Gələnlər: Urfan Abbasov, Ülvi İsgəndərov (hər ikisi “Qəbələ”), Ömər Buludov (Neftçi), Tərlan Əhmədli (Turan Tovuz), Turan Vəlizadə (Neftçi), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə), Karlos Jatoba (“Politexnika Lasi”, Rumıniya), Felipe Santos (“Hapoel Hayfa”, İsrail), Bernardo Oliveyra Dias, “Benni” (“Uniao Toreense”, Portuqaliya).
Müqaviləsi artırılanlar: Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson, Elçin Mustafayev, Ramin Nəsirli, Miço Kuzmanoviç.
Kəpəz
Gedənlər: Vüsal Məsimov (Səbail), Elçin Əlicanov, Junior Martins (hər ikisi “Zirə”), Adama Niane, Mate Kvirtiya, İqor Rodriges, Olavale Onanuqa, Georgi Papunaşvili, Amil Yunanov, Kamran İbrahimov, Rüfət Əhmədov, Latir Fal.
Gələnlər: Nicat Süleymanov (Kəpəz), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Məmməd Hüseynov (Zirə), Kərim Lkoça (“Santa Koloma”, Andorra), Paulo Rojerio (“Lenk Vilavardense”, Portuqaliya).
Müqaviləsi artırılanlar: Yeqor Xvalko, Elmir Tağıyev, Vurğun Hüseynov, Əli Səmədov, Ehtiram Şahverdiyev.
Şamaxı
Gedənlər: Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov (Zirə), Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov (Qəbələ), Kənan Quliyev.
Gələnlər: Kamal Bayramov (Turan Tovuz), İlkin Muradov (Zirə). Rafael Məhərrəmli, Adil Nağıyev (hər ikisi “Səbail”). Georgi Kantariya (“Nejmeh”, Livan), Brahim Konate (“Hapoel Afula”, İsrail), Belajdi Pusi (Turan Tovuz). Rauf Rüstəmli, Fəxri Məmmədli (hər ikisi “Sabah”, icarə), Rikardo Fernandes (“Torrense”, Portuqaliya), Lubeni Haukonqo (“Keyp Taun Spurs”, CAR).
Müqaviləsi artırılanlar: Səbayıl Bağırov, Abdulla Seyidəhmədov, Emin Zamanov.
HƏBİB / SPORTİNFO.AZ