“Qarabağ”ın ardınca “Zirə” və “Sabah” da...

27 May 2024 09:20 Premyerliqa 932
“Qarabağ”ın ardınca “Zirə” və “Sabah” da...

Premyer Liqada 2023/24 mövsümünün bütün mükafatçıları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qızıl medalları 30-cu turda təmin edən “Qarabağ”ın ardınca “Zirə” və “Sabah” da ilk “üçlük”də yer alıb.

Sonuncular ardıcıl ikinci dəfə buna nail olub. Ötən mövsümün gümüş mükafatçısı bu dəfə bürünclə kifayətlənib. Bu, Bakı klubunun ikinci uğurudur.

“Zirə” isə tarixində 2-ci dəfə ikinci yeri tutub. 2015/16 mövsümündəki nəticəsini təkrarlayan qəsəbə klubu tarixində 3-cü dəfə “üçlüy”ə düşüb.

mövsüm çempion II yer III yer
1992 “Neftçi” (Bakı) “Xəzər” (Sumqayıt) “Turan” (Tovuz)
1993 “Qarabağ” (Ağdam) “Xəzər” (Sumqayıt) “Turan” (Tovuz)
1993/94 “Turan” (Tovuz) “Qarabağ” (Ağdam) “Kəpəz” (Gəncə)
1994/95 “Kəpəz” (Gəncə) “Turan” (Tovuz) “Neftçi” (Bakı)
1995/96 “Neftçi” (Bakı) “Xəzri” (Bakı) “Kəpəz” (Gəncə)
1996/97 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) “Xəzri” (Bakı)
1997/98 “Kəpəz” (Gəncə) “Dinamo” (Bakı) “Şəmkir”
1998/99 “Kəpəz” (Gəncə) “Şəmkir” “Neftçi” (Bakı)
1999/2000 “Şəmkir” “Kəpəz” (Gəncə) “Neftçi” (Bakı)
2000/01 “Şəmkir” “Neftçi” (Bakı) “Viləş” (Masallı)
2001/02 Yarımçıq qalıb
2002/03 Keçirilməyib
2003/04 “Neftçi” (Bakı) “Şəmkir” “Qarabağ-Azərsun” (Ağdam)
2004/05 “Neftçi” (Bakı) “Xəzər Lənkəran” “Karvan” (Yevlax)
2005/06 “Bakı” “Karvan” (Yevlax) “Neftçi” (Bakı)
2006/07 “Xəzər Lənkəran” “Neftçi” (Bakı) “Bakı”
2007/08 “İnter” (Bakı) “Olimpik” (Bakı) “Neftçi” (Bakı)
2008/09 “Bakı” “İnter” (Bakı) “Simurq” (Zaqatala)
2009/10 “İnter” (Bakı) “Bakı” “Qarabağ” (Ağdam)
2010/11 “Neftçi” (Bakı) “Xəzər Lənkəran” “Qarabağ” (Ağdam)
2011/12 “Neftçi” (Bakı) “Xəzər Lənkəran” “İnter” (Bakı)
2012/13 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) “İnter” (Bakı)
2013/14 “Qarabağ” (Ağdam) “İnter” (Bakı) “Qəbələ”
2014/15 “Qarabağ” (Ağdam) “İnter” (Bakı) “Qəbələ”
2015/16 “Qarabağ” (Ağdam) “Zirə” (Bakı) “Qəbələ”
2016/17 “Qarabağ” (Ağdam) “Qəbələ” “İnter” (Bakı)
2017/18 “Qarabağ” (Ağdam) “Qəbələ” “Neftçi” (Bakı)
2018/19 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) “Səbail” (Bakı)
2019/20 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) “Keşlə” (Bakı)
2020/21 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) “Sumqayıt”
2021/22 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) “Zirə” (Bakı)
2022/23 “Qarabağ” (Ağdam) “Sabah” (Bakı) “Neftçi” (Bakı)
2023/24 “Qarabağ” (Ağdam) “Zirə” (Bakı) “Sabah” (Bakı)
Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”