COP29

"Premyer Liqa klubları barədə qərar verilib" - AFFA-nın vəzifəli fiquru

22 May 23:20 Premyerliqa 751
"Premyer Liqa klubları barədə qərar verilib" - AFFA-nın vəzifəli fiquru

"Azərbaycan Premyer Liqasında 4 klubun UEFA lisenziya almamasına aydınlıq gəlib".

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov açıqlama verib.

"Klubların son müraciətinə baxılır. Altı klub avrokubok, digər dördü isə Premyer Liqa üçün müraciət edib. Heç kim imtina almayıb.

Mövsümün gedişində klubların lisenziya növünü dəyişdirmək hüququ var. Burada heç bir problem yoxdur", - deyə AFFA rəsmisi vurğulayıb.

O, "Turan Tovuz"un avrokubok iddiası olmasa da, UEFA lisenziyası almasına da münasibət bildirib: "Bu, hər klubun öz daxili işidir".

E.Məmmədov AFFA Qızlar Yüksək Liqasında hələlik "Sumqayıt" və "Neftçi"nin avrokuboklar üçün lisenziya aldığını xatırladıb:

"Burada da eyni prinsipdir. Klublar mövsümün sonunda lisenziya növünü dəyişə bilərlər. Hazırda Yüksək Qızlar Liqasındakı bütün komandaların müraciətlərinə baxmamışıq.

Premyer Liqa təmsilçiləri barədə qərar verilib. Qalan bütün komandalarla bağlı məsələyə mayın 27-də baxılacaq".

“Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və Zirə” 2024/2025 avrokuboklar mövsümü üçün lisenziya əldə ediblər. "Səbail", "Kəpəz", "Araz-Naxçıvan" və "Qəbələ" kollektivlərinə isə lisenziya verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti