“Qarabağ” kubokun finalında “Zirə”yə rəqib oldu

24 Aprel 21:50 Premyerliqa 827
“Qarabağ” kubokun finalında “Zirə”yə rəqib oldu

Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyununda kubokun sonuncu qalibi “Qəbələ” “Zirə”ni qəbul edib.

Bu komandaların birinci görüşündə “Zirə” 2:1 hesabı ilə qələbə qazanıb. Cavab oyununda da "Zirə" qalib gələrək (2:0) tarixində 2-ci dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.

“Zirə”nin finaldakı rəqibi “Qarabağ” olub. Ağdam təmsilçisi "Neftçi” ilə üz-üzə gəlib.

İlk görüşdə səfərdə rəqibini böyük hesabla (4:0) məğlubiyyətə uğradan Qurban Qurbanovun komandası cavab matçında da rəqibə ağır məğlubiyyət yaşadıb - 4:1. Beləliklə, "Qarabağ" iki oyunun cəmində 8:1 hesabı ilə qalib gəlib.

Final matçı iyunun 2-də keçiriləcək. Bu, “Qarabağ”la “Zirə”nin öz aralarındakı ikinci final qarşılaşması olacaq.

İlk finalda Ağdam təmsilçisi qələbə qazanıb (1:1, penaltilər seriyasında 4:3).

17:00. "Qəbələ" – "Zirə" 0:2

Qollar: Vladislav Kulaç, 58. Rafael Utziq, 84.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze

"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 24. Sezar Meza Kolli, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

20:00. "Qarabağ" – "Neftçi" 4:1

Qollar: Juninyo 16, 70, Qara Qarayev (avtoqol) 62, Nəriman Axundzadə 78 // Mirzov 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi": 1. İvan Brkiç, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Miodraq Bojoviç.

Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI