COP29

Premyer Liqada 3 məşqçi və 3 futbolçu üçün üzücü xəbər

24 Noyabr 2023 19:40 Premyerliqa 551
Premyer Liqada 3 məşqçi və 3 futbolçu üçün üzücü xəbər

Ölkə futbolsevərləri həftəsonu Premyer Liqanın 14-cü turunun oyunlarına tamaşa edəcək.

Lakin meydana çıxmaq heç də bütün futbolçulara nəsib olmayacaq.

Üç futbolçu və üç məşqçi turun qarşılaşmalarının kənardan izləyəcək.

Bunlar ötən tur “Sumqayıt” – “Neftçi” matçından sonra etdiyi qeyri-etik hərəkətlərə görə cəzalanan “kimyaçılar”ın baş məşqçisi Samir Abasov, “ağ-qaralar”ın məşqçilər heyətində yer alan Alin-Nikole Çita, “Kəpəz”də analitik-məşqçi vəzifəsini yerinə yetirən İlkin Verdiyevdir.

Adları çəkilənlərin heç biri 14-cü turda texniki zonada yer ala bilməyəcək.

“Səbail”in müdafiəçisi Adi Mehremiç, "Zirə"dən Vladislav Kulaç, Qəbələ”li Zurab Oçiqava isə komandalarına kömək edə bilməyəcəklər. Adları çəkilənlər sarı və qırmızı vərəqələrə görə cəzalıdırlar.

Noyabrın 24-də “Sabah” – “Qarabağ”, bir gün sonra “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Kəpəz”, noyabrın 26-da “Neftçi” – “Araz-Naxçıvan”, “Sumqayıt” - “Zirə” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"