"Qəbələ" qalib gəldi

17 Mart 2023 18:54 Premyerliqa 824
"Qəbələ" qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, XXVII turun son oyununda "Qəbələ" "Şamaxı"nı qəbul edəcək.

Hazırda "qırmızı-qaralar" 33 xalla 4-cü, "şirlər" isə 20 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəliblər.

Bunların 18-də Qəbələnin, 19-da isə Şamaxının eyniadlı təmsilçisi qələbə qazanıb. 20 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də qonaqlar üstünlüyə malikdir - 74:62.

"Qəbələ" son 9 oyunda meydanı qolsuz tərk etməyib. "Şamaxı" son 6 görüşdə qələbə qazanmayıb.

Turun əvvəlki matçlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib, "Səbail" evdə "Turan Tovuz"la 1:1, "Neftçi" isə "Kəpəz"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.

17 mart

17:00. "Qəbələ" - "Şamaxı" 2:0

Qollar: Əyyub Allaş, 18, 45

Qəbələ": 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 33. Hüseyn Mürsəlov, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

"Şamaxı": 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı