Azərbaycan klublarının və futbolçuların yeni bazar qiymətləri

12 Mart 2023 20:20 Premyerliqa 1 374
Azərbaycan klublarının və futbolçuların yeni bazar qiymətləri

Azərbaycan Premyer Liqasında çıxış edən klubların və futbolçuların yeni bazar qiymətləri açıqlanıb.

Sportinfo.az-ın “Transfermarkt”a istinadən məlumatına görə, çempionatın ən dəyərli oyunçusu “Qarabağ”ın üzvü Yassin Benziyadır.

Qış fasiləsində heyətə cəlb edilən fransalı yarımmüdafiəçi 1,5 milyon avro dəyərində göstərilib.

Onu 1,4 milyon avro ilə “Neftçi”nin kapitanı Emin Mahmudov izləyir. Bazar qiyməti ən yüksək sayılan növbəti beş futbolçu “Qarabağ”ın heyətində yer alır.

Premyer Liqanın ən dəyərli klubu da məhz Ağdam təmsilçisidir. Qurban Qurbanovun sərəncamındakı kollektivin ümumi bazar qiyməti 15 milyon avroya yaxındır.

Premyer Liqa klublarının dəyəri:

1. “Qarabağ” – 14,38 milyon avro

2. “Neftçi” – 9,08 milyon

3. “Sabah” – 8,88 milyon

4. “Zirə” – 8,70 milyon

5. “Qəbələ” – 6,20 milyon

6. “Səbail” – 5,98 milyon

7. “Sumqayıt” – 4,48 milyon

8. “Turan Tovuz” – 4,35 milyon

9. “Şamaxı” – 2,78 milyon

10. “Kəpəz” – 2,75 milyon

Premyer Liqanın ən dəyərli futbolçuları:

1. Yassin Benziya (“Qarabağ”) – 1,5 milyon avro

2. Emin Mahmudov (“Neftçi”) – 1,4 milyon

3-7. Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) – 800 min

3-7. Qara Qarayev (“Qarabağ”) – 800 min

3-7. Abdullah Zubir (“Qarabağ”) – 800 min

3-7. Adama Diakabi (“Qarabağ”) – 800 min

3-7. Ramil Şeydayev (“Qarabağ”) – 800 min

8-16. Kevin Medina (“Qarabağ”) – 700 min

8-16. Solomon Kvirkveliya (“Neftçi”) 700 min

8-16. Kenni Sayef (“Neftçi”) – 700 min

8-16. Aleksey İsayev (“Sabah”) – 700 min

8-16. Coy-Lens Mikels (“Sabah”) – 700 min

8-16. Aleksey Kaşuk (“Sabah”) – 700 min

8-16. Hamidu Keyta (“Zirə”) – 700 min

8-16. Rəhim Sadıxov (“Zirə”) – 700 min

8-16. Vladislav Kulaç (“Zirə”) – 700 min

Premyer Liqa klublarının ən dəyərli futbolçuları:

Yassin Benziya (“Qarabağ”) – 1,5 milyon avro

Emin Mahmudov (“Neftçi”) – 1,4 milyon

Aleksey İsayev, Coy-Lens Mikels, Aleksey Kaşuk (“Sabah”) – 700 min

Hamidu Keyta, Rəhim Sadıxov, Vladislav Kulaç (“Zirə”) – 700 min

Ruan Renato, İsnik Alimi (“Qəbələ”) – 600 min

Franko Mazurek (“Səbail”) – 450 min

Şəhriyar Əliyev (“Turan Tovuz”) – 425 min

Vüqar Mustafayev, Kamran Əliyev (“Sumqayıt”) – 400 min

Mario Mustapiç (“Kəpəz”) – 350 min

Kamran Quliyev (“Şamaxı”) – 225 min

Xəbər Lenti