
“Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Hesabat Konfransında deyib.
Nazir Hesabat Konfransının çox yaxşı təşkil olunduğunu bildirib:
“Ölkəmizdə idman dövlət siyasətidir. Prezident İlham Əliyevin idmana və futbola sevgisini hamımız bilirik.
AFFA-nın keçmiş baş katibi artıq FIFA-da çalışır. Bu, böyük nailiyyətdir. Bizim nümayəndələrin yüksək vəzifələrə keçməsini istəyirəm.
“Qarabağ”ı təbrik edirəm. Güclü Avropa klubları kimi oynayırıq.
Biz AFFA-nın yanındayıq. Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram.
Maddi-texniki baza üzərində birlikdə çalışmalıyıq. Fürsətdən istifadə edib FIFA və UEFA-ya da təşəkkürümü bildirirəm”.