“Neftçi”dən onu kim tanıyır? - Ukrayna klubundan Premyer Liqamıza

24 Yanvar 2023 02:00 Premyerliqa 1 992
“Neftçi”dən onu kim tanıyır? - Ukrayna klubundan Premyer Liqamıza

"Sumqayıt" qışda heyətini Dieqo Karioka ilə gücləndirdi.

"Kimyaçılar" yarımmüdafiəçini Ukrayna Premyer Liqasında yarışan "Kolos"dan icarəyə götürüb.

Karioka çempionatımız üçün yeni sima olsa da, əvvəllər yolu Azərbaycandan keçmiş futbolçu və məşqçilər üçün tanış biridir.

Roman Qriqorçuk
"Sumqayıt"ın yeni transferini daha yaxşı tanıyanlardan birinin Roman Qriqorçuk olduğunu desək, yəqin ki, yanılmarıq. Ukraynalı mütəxəssis vaxtı ilə braziliyalını "Vitebsk"dən icarəyə götürlməsini istəmişdi. Amma vinger Soliqrosk klubunda çox da oynamadı. Buna baxmayraq, Karioka Qriqorçukun rəhbərliyi altında "Şaxtyor"da Belarus çempionluğunu qazana bilib. Sonradan isə yarımmüdafiəçi məxsus olduğu "Vitebsk"ə qayıtmışdı.



Kiril Petrov
Dieqonun Ukraynaya yollanması, Belarusdakı uğurlu çıxışından sonra baş tutub. O, "Vitebsk" və "Şaxtyor"(Soliqorsk) klublarında özünü yaxşı tərəfdən göstərərək "Kolos"un diqqətini cəlb edib. 24 yaşlı futbolçunun "Kolos"dakı komanda yoldaşları arasında iki ilə yaxın "Neftçi"də legioner həyatı yaşamış Kirilo Petrov da var. Karioka "Kolos"da indiyə qədər 13 oyunda meydana çıxıb. 2021/2022 mövsümünü əhatə edən bu matçlardan 11-i çempionat, ikisi isə Avropa Liqasının üçüncü təsnifat mərhələsidir. Petrovla əksər görüşlərdə komanda yoldaşı olmuş Karioka ilə onun yolları erkən ayrılb. Petrov hazırda "Korona"da (Polşa) çıxış edir. Petrov Kirilo 2017-2019-cu illərdə “Neftçi”nin üzvü olub.



Anatoli Nuriyev
Azərbaycan millisinin üzvü Anatoli Nuriyev də Kariokanı "Kolos"dan tanıyır. Nuriyev də sabiq komanda yoldaşı kimi "Sumqayıt"ı "Kolos"a dəyişmişdi. Həmin vaxtı Dieqo isə Macarıstana yollanaraq icarə əsasında “Zalaeqerzeq”lə anlaşmışdı (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti