AFFA Premyer Liqada yenilik etdi: Hakimlər müsahibə verəcək – QALMAQALLARA GÖRƏ

28 Sentyabr 2021 16:20 Premyerliqa 620
AFFA Premyer Liqada yenilik etdi: Hakimlər müsahibə verəcək – QALMAQALLARA GÖRƏ

Azərbaycan Premyer Liqasının oyunlarından sonra hakimlərin CBC Sport televiziya kanalında müsahibələri təşkil olunacaq.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlanaraq, qərar qəbul edib.

Bu zaman hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınıb.

Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər.

Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.

Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti