Azərbaycan klubu norveçli futbolçuya dəvət göndərdi

18 May 2021 17:00 Premyerliqa 1 579
Azərbaycan klubu norveçli futbolçuya dəvət göndərdi

APOEL-in futbolçusu Qayas Zahid Azərbaycanda oynaya bilər.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, klubu ilə müqaviləsi yaxın günlərdə başa çatacaq 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan və Türkiyədən təklif alıb.

Bildirilib ki, ölkəmizdən adı açıqlanmayan klubdan göndərilən təklif olduqca yaxşıdır. Ancaq Zahid gələcəyi ilə bağlı son qərarı verməzdən əvvəl bir az daha gözləmək istəyir.

Norveçli futbolçu 2017-ci ildən APOEL-də oynayır.

Digər Xəbərlər
Xəbər Lenti