“Zirə” taleyini başqalarının ümidinə buraxmaq niyyətində deyil

17 May 2021 18:00 Premyerliqa 688
“Zirə” taleyini başqalarının ümidinə buraxmaq niyyətində deyil

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 27-ci turunun "Qarabağ" - "Keşlə” (2:0) və "Zirə" - "Səbail" (2:0) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

“Qarabağ” – “Keşlə”
"Qarabağ" "Keşlə"ni öz meydanında qəbul edirdi. "Keşlə" "Zirə" ilə kubokun cavab oyununda göstərmişdi ki, asanlıqla heç kimə təslim olan deyil.

Qonaqlar ilk 30 dəqiqə ərzində pis çıxış eləmədi. Düzdür, ərazi üstünlüyü "Qarabağ" tərəfində idi və bir neçə dəfə top qapı tirindən qayıtdı.

"Qarabağ"ın üstünlüyü sezilirdi, amma futbolda bəxt amili deyilən bir şey var. Əks hücumda Vüsal İsgəndərli real qol epizodundan istifadə edə bilsəydi, növbəti dəqiqələrdə daha dramatik oyun alına bilərdi. Ancaq ümumilikdə,

"Qarabağ" üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək, 2:0 hesablı qələbə qazandı. Daha böyükhesablı qələbə də ola bilərdi. "Keşlə"nin də istifadə edə bilmədiyi bir neçə epizod oldu.

Düşünürəm ki, kubokun finalına görə "Keşlə" bəzi futbolçularını qorumalıdır. Onsuz da, çempionatı heç kim tərk eləmir. Məşqçilər heyəti bütün fikrini kubokun finalına verməlidir.

Hakimlər oyunun öhdəsindən layiqincə gəldilər. “Qarabağ”ın lehinə verilən penalti düzgün idi. Mahir Emreli heç nədən epizod yaratdı və özü də bu imkanı qaçırdı.

“Zirə” – “Səbail”
“Zirə” sistem komandasıdır. Onlara sırf nəticə lazımdır. Neçə turdur, oyunu sırf bunun üzərində qurublar.

Bu da başadüşüləndir. “Zirə” avrokuboklara vəsiqə qazanmaq istəyir və taleyini başqa komandaların ümidinə buraxmaq niyyətində deyil.

“Zirə”yə qol və qələbə lazımdır. Müdafiəyə xüsusi fikir verirlər. Düzdür, “Səbail” bu oyunda bir neçə təhlükəli vəziyyət yarada bildi, sadəcə, onlarda yenə nəsə çatışmadı.

“Səbail”də problem çoxdur və bu, komandanın stabil çıxışına maneə yaradır.

Digər Xəbərlər
Xəbər Lenti