Premyer Liqanı "Barselona" və "Atletiko"dan üstün tutdu

5 May 2021 14:20 Premyerliqa 2 039
Premyer Liqanı "Barselona" və "Atletiko"dan üstün tutdu

"CBC Sport" İspaniya La Liqasında XXXV turun mayın 8-də keçiriləcək "Barselona" - "Atletiko" oyununun telekanalın efirində yayımlanmaması ilə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, telekanal rəsmi feysbuk səhifəsində həmin matçın Azərbaycan Premyer Liqasında XXVI turun "Keşlə" - "Sumqayıt" görüşü ilə üs-üstə düşdüyünü yazıb.

Bildirilib ki, tamaşaçıların çoxsaylı istəkləri nəzərə alınaraq, La Liqa qarşılaşması cbcsport.tv saytı vasitəsilə canlı təqdim olunacaq:

"Telekanal yarandığı gündən Azərbaycan çempionatını prioritet saydığından, "Keşlə" - "Sumqayıt" oyunu telekanal vasitəsilə canlı yayımlanacaq".

"Keşlə" - "Sumqayıt" oyunu saat 18:00-da, "Barselona" - "Atletiko" matçı iə saat 18:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı