"Neftçi"də gərginlik hiss olunur"

16 Aprel 2021 17:40 Premyerliqa 964
"Neftçi"də gərginlik hiss olunur"

"Məncə "Neftçi"nin ardıcıl xal itkiləri komandanın arxayınlaşmasına görə oldu.

"Qarabağ" da bundan yaxşı istifadə elədi.

Çempionluq mübarizəsində arxayınlaşmaq olmaz. Arada cəmi 3 xal fərq var. Hər şey son turda "Qarabağ"la "Neftçi" arasındakı oyunda bilinəcək. Amma ona kimi də xal itkiləri ola bilər".

Bu sözləri "Qarabağ" və "Neftçi" arasında gedən gərgin çempionluq mübarizəsi haqqında Sportinfo.az-a danışarkən "Qarabağ"ın sabiq hücumçusu Vuqar Nadirov deyib.

Nadirov, "Neftçi"nin çempionluq mübarizəsində oyunlara daha rahat çıxmalı olduğunu bildirib: "Neftçi"də bir qədər gərginlik hiss olunur. Komanda risk eləmək istəmir. O da xal itkilərinə gətirib çıxarır. Fikrimcə meydana daha rahat çıxmalıdılar".

Millimizin sabiq hücumçusu Keusike Hondanın çıxışına da toxunub: "Qəbələ" ilə oyununa baxdım. Yaxşı ötürmələri oldu.

Sadəcə, onu yaxşı başa düşən lazımdır. Həm də komandaya yeni gəlib. Uyğunlaşması bir az zaman istəyir. Amma meydanı görməsi, verdiyi ötürmələr səviyyəsindən xəbər verir.

Bert Foqtsun zamanında milli komandamız ilə ona qarşı oynamışam. Dünya səviyyəli futbolçudur. Yaşına baxmayaraq səviyyəsi hiss olunur".

Digər Xəbərlər
Xəbər Lenti