Xəqani Məmmədov: "Əliyarın "Neftçi"nin oyununda verdiyi bütün qərarlar doğru idi"

10 Aprel 2021 20:20 Premyerliqa 1 529
Xəqani Məmmədov: "Əliyarın "Neftçi"nin oyununda verdiyi bütün qərarlar doğru idi"

Azərbaycan Premyer Liqasının 22-ci turuna bu gün start verilib.

Açılış oyunu Qəbələdə baş tutub. "Qəbələ" və "Neftçi" arasında keçirilən görüş bərabərliklə (2:2) başa çatıb.

Kifayət qədər maraqlı və gərgin keçən oyunda baş hakim Əliyar Ağayevin verdiyi bəzi qərarlar ciddi müzakirələrə yol açıb.

Sportinfo.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sabiq sədri Xəqani Məmmədov şübhəli epziodlarla bağlı geniş danışa bilməyəcəyini bildirib.

Amma Məmmədov şübhəli epizodlara geniş şərh verməsə də qısaca olaraq oyunun baş hakimi Əliyar Ağayevin qərəralarının doğru olduğunu bildirib: "Baş hakimin verdiyi bütün qərarlar doğru idi. Heç bir epizod müzakirəyə açıq deyil".

Digər Xəbərlər
Xəbər Lenti