Görün, “Qarabağ”ın problemi nədir – “Neftçi”nin əcnəbi sevdası

1 Mart 2021 23:00 Premyerliqa 749
Görün, “Qarabağ”ın problemi nədir – “Neftçi”nin əcnəbi sevdası

Azərbaycan Premyer Liqası klublarının mövsümün ikinci hissəsi üçün sifariş vərəqlərinə ümumilikdə 199 futbolçu yer alıb.

Sportinfo.az xəbər verir ki, ən geniş heyətə “Sumqayıt”la “Qəbələ” məxsusdur.

Bu komandaların hərəsinin sərəncamında 27 futbolçu var. Ən məhdud heyət isə “Qarabağ”dadır. Son illərin çempionu cəmi 18 oyunçu ilə qalib.

Premyer Liqanın 199 futbolçusundan 135-i yerli oyunçu statusuna malikdir. O, ayrı məsələ ki, onların da müəyyən hissəsi Azərbaycan futboluna dəxli olmayan futbolçulardır. Başqa ölkələrin yetişdirdiyi azərbaycanlılar və ümumiyyətlə əcnəbilər.

Yerli oyunçular daha çox “Sumqayıt”da cəmlənib – 23 nəfər. “Qarabağ”da isə belələrinin sayı 11-ə bərabərdir.

64 legionerin oynadığı çempionatda “Neftçi” daha çox – 11 gəlməyə güvənir. “Sumqayıt”da isə cəmi 4 əcnəbi sifariş olunub (apasport.az).

1

Sumqayıt

27

23

4

2

Qəbələ

27

18

9

3

Zirə

26

19

7

4

Səbail

26

19

7

5

Keşlə

26

17

9

6

Neftçi

26

15

11

7

Sabah

23

13

10

8

Qarabağ

18

11

7

Cəmi

199

135

64

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"