AFFA dörd klubdan bir yerdə 3200 manat topladı

1 Mart 2021 21:00 Premyerliqa 455
AFFA dörd klubdan bir yerdə 3200 manat topladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlər müzakirə olunub.

Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

“Sumqayıt”la ev oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimə olunub.

“Sabah” – “Keşlə” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat ödəyəcək. “Zirə”nin qonağı olan “Neftçi” də eyni səbəbdən analoji cəzaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"