Qardaşlıq havasında keçən “Neftçi” - “Qalatasaray” matçından VİDEO+FOTOREPORTAJ

18 Sentyabr 09:14 Neftçi 185
Qardaşlıq havasında keçən “Neftçi” - “Qalatasaray” matçından VİDEO+FOTOREPORTAJ

"Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinin oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçi olduğu komanda "Qalatasaray"ı qəbul edib.

Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə yaradılıb. Qapıçı Aqil Məmmədov komandasını real qoldan xilas edib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb.

Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.

"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissənin ilk dəqiqəsində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə künc zərbəsindən sonra Mamadu Mboc başla fərqlənib. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama "korner"dən sonra komandasını yenidən önə keçirib.

57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə isə Mbaye Diaqne "Neftçi"nin müdafiəsindəki səhvdən sonra özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son qələbəsini isə 2018/2019 mövsümündə Rusiya "Lokomotiv"i üzərində qazanmışdı - 2:1.

Bununla da "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb. "Qalatasaray" isə III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 23:20 Erməni “Meydan”ı...
21 Oktyabr 14:36 Messidən yoxdur, yox…