Məşhurlar "Neftçi"-"Qalatasaray" oyunundan hansı nəticəni gözləyir?

17 Sentyabr 16:40 Neftçi 399
Məşhurlar "Neftçi"-"Qalatasaray" oyunundan hansı nəticəni gözləyir?

"Neftçi" və "Qalatasaray" arasındakı qarşılaşmanın başlamasına saatlar qalıb.

Sportinfo.az xəbər verir ki, matça həddindən artıq maraq olduğu üçün mövzu ilə bağlı tanınmış simaları da danışdırmaq qərarına gəldik.

Bakı və İstanbul təmsilçisindən hansı tərəfin sonda qalib gələcəyi ilə bağlı suala deputat və sənət adamlarının cavabları belə olub:

Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı: "Açığı deyim ki, mən "Qalatasaray"ın pərəstişkarıyam. "Qalatasaray" futbol ləmində öz avtoqrofunu vermiş bir komandadır. Ona görə, düşünürəm İstanbul təmsilçisi qalib gələcək. Amma çox istərdim ki, bu görüş geniş tamaşaçı kütləsi ilə baş tutsun. Lənətə gəlmiş pandemiya buna mane oldu. Əksi olsaydı, qarşılaşma daha da gözəl və maraqlı alınacaqdı. Hər iki kluba uğurlar arzu edirəm".

Deputat, tanınmış yazıçı Aqil Abbas: "Neftçinin mərhələ adlayacağına inanmır. Allah "Neftçi"yə uğurlar nəsib eləsin. Amma inanmıram ki, "Qalatasaray"a qalib gəlsinlər. İstanbul klubu "Neftçi"ni o qədər saymır ki, 9 əsas oyunçusunu gətirib.

"Neftçi"yə istənilən halda uğurlar arzu edirəm, amma qalib gələcəyinə inanmıram. "Neftçi" "Sabah", "Keşlə" və "Zirə"yə qalib gələ bilmir, "Qalatasaray"a necə qalib gələcək?"

Əməkdar artist Abbas Bağırov: "Futbolla maraqlanıram. "Neftçi"yə də qardaş ölkənin güclü komandası olan "Galatasaray"a da uğurlar arzu edirəm. Mənim babam Zahid Hüseynov "Neftçi"nin oyunçusu olub. Güman idirəm ki, bizim də qol vurmaq şansımız olacaq. Hesab 2-3 ola bilər".

Deputat, xalq şairi Sabir Rüstəmxanlı: "Kim güclüdürsə, o da qalib gəlsin. “Neftçi”yə gənclik illərimizdə azarkeşlik edirdim. İndi izləmirəm. Məncə, “Qalatasaray” “Neftçi” üçün ən uğurlu variant heç-heçə olar".

Millət vəkili Fazil Mustafa: "Hər-halda "Qalatasaray" daha təcrübəli komandadır. İstanbul klubunun qalib gəlmək şansları çoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:50 Bu klub karantinə alındı