Fatih Terim “Neftçi”dən bu futbolçuları bəyənir - ADLAR

17 Sentyabr 2020 15:50 Neftçi 981
Fatih Terim “Neftçi”dən bu futbolçuları bəyənir - ADLAR

"Neftçi" yaxşı komandadır, iki oyununu izlədim. "Şkupi" və "Sumqayıt"la görüşlərinə baxmışam”.

Sportinfo.az xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə keçiriləcək oyunu dəyərləndirərkən deyib.

İstanbul nəhənginin çalışdırıcısı “ağ-qaralar”ın 4 oyunçusunu fərqləndirib. Onlardan kapitan Emin Mahmudovun adını xüsusi çəkib:

“Neftçi" "Qarabağ"la birlikdə Azərbaycanın ən önəmli iki komandasından biridir. Son matçda 0:2 hesabı ilə məğlub oldular.

Qəribədir ki, bu mövsüm hələ səfərdə oynamayıblar. Önəmli futbolçuları var. Emin Mahmudov, Yusuf Laval, Stiven Jozef Monroz və Talisson Diazın adını çəkə bilərəm. Olduqca keyfiyyətli futbolçulardır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"