"Neftçi" Avroliqanın qrupunda olmalıdıır – Yoxsa uğursuzluq sayılacaq

31 İyul 2020 12:44 Neftçi 1 347
"Neftçi" Avroliqanın qrupunda olmalıdıır – Yoxsa uğursuzluq sayılacaq

Dünənki gün “Neftçi” üçün hərəkətli keçdi.

Uzun müddətdir ortalıqdan yox olan Müşahidə Şurasından (MŞ) xəbər çıxdıı.

Klubun sayıt MŞ-nın onlayn şəkildə iclas keçirməsini bəyan etdi. Məlumatda qeyd oluur ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib.

Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni «futbol ili» ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.

Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. Yanvar ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.

Daha sonra Füzuli Məmmədovla yeni müqavilə bağlanıb. Onun daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib. 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir.

Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

Klubda bütün diqqətlər Avropa Liqasına və bundan dolayı, transfer bazarlığına yönəlib. Bu mənada, «ağ-qaralar» fəaldır. Həoəkətlilik xüsusən son günlər daha çox müşahidə olunur.

Gedənlər 9 nəfərdir: Vild-Donald Gerye, Tural Axundov, Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo, Donald Gerye, Rəhman Hacıyev, Dario Frederiko, Turan Vəlizadə.

Müqavilə müddətini uzadanlar 7 nəfərdir: Anton Krivotsyuk, Rəhman Hacıyev, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov, Aqil Məmmədov, Namiq Ələsgərov

Cabir Əmirli və Fəhmin Muradbəylini hesaba qatmasaq, bakılılar hələlik 4 futbolçu transfer edib. Yusuf Laval ("Lokeren", Belçika), Sabir Buqrin ("Düdelanj", Lüksemburq), Rener Alves de Souza ("Fortaleza”, Braziliya) və Tallison Dias ("Quarani", Braziliya) «yeni qan» hesab olunur.

Hər halda adıçəkilən legionerlərdən gözləntilər böyükdür. İdman direktoru Ceyhun Sultanov daha bir əcnəbi futbolçu gətirəcəklərini anons edib. O da hücumçu. Həssas mövqe olduğundan, «üçüncü zona»nı gücləndirəcək legionerin axtarışları ehtiyatla davam etdirilir.

Qol duyumu yüksək olan biri – Sultanov deyir ki, onun üçün tələsmək olmaz. Başına gələn başmaqçı olar: son 2 idə kənardan gətirilən forvardların demək olar heç biri ümidləri doğrultmayıb. Baqali Dabo heç. O, özünü «Qəbələ»dən tanıdıb. Söhbət Azərbaycana ilk dəfə gələn legionerlərdən gedir.

Buna kimi olanları keçək. Artııq irəliyə baxmaq lazımdır. Çünki «Neftçi»dən gözləntilər böyükdür və bu, zamandan, şəraitdən asılı olmayaraq, həmişə belədir, belə də olacaq. Ad «Neftçi»dirsə, onu və azarkeşləri yalnız uğur razı sala bilər.

Xoşbəxtlik quşu Füzuli Məmmədovun başına qovub və bu gənc adam başını işlədib, həm özünü, həm də klubu xilas eləməlidir. 2 illik müqavilə xoş yuxudur və heç şübhəsiz, bu gün nə qədər həmkarı onun yerində olmaq, «Neftçi»ni çalışdırmağın ləzzətini yaşamaq istərdi.

«Pusqu»da çox məşqçi dayana, gözləyə, ümid edə bilər. Amma Məmmədovu heç nə qorxutmamalı, narahat etməməlidir. Kim də olmasa, yaxın qohumu Ceyhun Sultanov arxasıında dayanıb.

İdman direktorunu sponsorların qarşısında peşman və pərişan etməmək, dilini qıısaltmamaq indi Məmmədovun öz əlindədir. İnsafən, demək lazıımdır ki, məşqçi korpusuna dəstək var.

Koronavirus pandemiyasına və neftin dünya birjasında qiymətinin xeyli aşağı düşməsinə baxmayaraq, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov ona tapşıırılan klubun təminatını zəiflətməyib.

Kamran Qulityev və Ceyhun Sultanov anlayır ki, avrokubokların növbəti sezonuna və ölkədaxili yarışlara uğurlu start verməsələr, işin arxası yaxşı gəlməyəcək. İlk növbədə özləri üçün.

Hər halda K.Quliyev 2018-ci ilin əvvəlində «Sumqayıt»dan «Neftçi»yə adlayanda, «məni «Qarabağ»ın hegemonluğuna son qoymaq üçün bura göndəriblər» deməsindən xəbərdar olanlar az deyil.

Həmin vaxtdan bəri görəvdə olan yeni rəhbərlik əsas məqsədinə çatmayıb və gələn «futbol ili» qiymətləndirmə mənasıında həlledici ola bilər. Bu cür həssas dönəmdə Füzuli Məmmədova «stvka» riskli olmaqla yanaşı, böyük etimaddır. 43 yaşlı məşqçi ona etibar edənləri və öz gələcəyini qurtarmaq istəyirsə, «Neftçi»ni Avropa Liqasının qrup mərhələsinə yüksəltməlidir.

Mətbuatı və sosial şəbəkələri izləyərkən, görmək olar ki, yeni alınan legionerlər barədə ümumi rəy necədir. Misalçün, Yusuf Lavaldan savayı, digər əcnəbilərin «Neftçi»yə fayda verəcəyinə inam hissi yüksəkdir. Gələnlərin orta yaş həddi aşağıdır, bu da onların hələ uzun illər ağ-qara forma geyinməsinə əl verir.

Mamadu Kane ilk dəfə Azərbaycana ayaq basanda onu tanıyan yox idi. Bu gün bütün Azərbaycan qvineyalı bu gəncdən danışır və şühbə yoxdur ki, «Neftçi» bir müddət sonra onu yaxşı qiymətə sata biləcək.

Ümumiyyətlə, heyət zənegindir, pul da öz yerində. Füzuli Məmmədov futbolçularla dil tapmalıdır ki, bütün «daşlar yerinə otursun». Əsas şərtlərdən birinin üstünə gəldik. Komandada olan bir problemdən danışırıq.

Axı rəhbər şəxslər nəvaxtadək baş məşqçi ilə oyunçuların arasında «qızıl orta» axtarışında olacaq? Həmişə belə getməz ki…

Onlar çox, Füzuli Məmmədov təkdir. İşə və futbolçulara yanaşmada dəyişikliyə getməlidir. Prinsip aparmaq vaxtı deyil indi. «Neftçi»nin Avroliqada qruplara qalmaq, beləliklə də, camiəni qurtarmaq üçün səhvlərini aradan qaldıırmalıdır.

Axı o, bundan sonra ikinci Kamran Quliyev tapmayacaq və nəzamansa başqa klubdan təklif olarsa, orada Ceyhun Sultanov qarşısına çıxmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti