"Neftçi"yə problem yaradan: "Çox danışmaq istəmirəm, narahat olmayın"

8 İyul 2020 15:46 Neftçi 902
"Neftçi"yə problem yaradan: "Çox danışmaq istəmirəm, narahat olmayın"

Mövsümün sonunda "Neftçi"dən ayrılan Baqali Dabo Kipr "Apollon"u ilə müqavilə bağladıqdan sonra klubun rəsmi "Twitter" səhifəsinə qısa açıqlama verib.

Sportinfo.az xəbər verir ki, komandanın azarkeşlərinə səslənən fransalı legioner onlara narahat olmamağı tövsiyə edib.

32 yaşlı qalmaqallı forvard yaxşı mövsüm keçirəcəklərinə söz verib: "Çox danışmaq istəmirəm. Narahat olmayın. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm ki, çox yaxşı mövsüm keçirəcəyik".

Azərbaycanda "Neftçi" ilə yanaşı, "Qəbələ"də də çıxış etmiş Dabo "Apollon"la 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!