"Neftçi" rəhbərliyinin SÜRPRİZ TƏKLİFinə "YOX" dedi

14 May 2020 12:44 Neftçi 1 341
"Neftçi" rəhbərliyinin SÜRPRİZ TƏKLİFinə "YOX" dedi

«Neftçi» rəhbərliyi Səlahət Ağayevə yeni təklif irəli sürüb.

Tələsməyin, bu, müqavilənin müddətini uzatmaqla bağlı deyil.

Zatən adıçəkilən qapıçının «ağ-qaralar»la sözləşməsi 2 illikdir və gələn yay başa çatacaq.

Paytaxt təmsilçisi 2020-ci ilin gəlişindən sonra cəmi 1 rəsmi oyunda «çərçivə» önünə keçən kiperdən əməkhaqqısının azaldılmasına razılıq verməsini istəyib. Söhbət hardasa yarıbayarı güzəştdən gedir.

Ağayevin «Neftçi»dəki aylıq qazancı 25000-27500 manat arasında dəyişir. Ümumiyyətlə, onun müqaviləsində bonuslarla bağlı bir neçə bənd var və aldığı pul hər dəfə buna əsasən dəyişir.

Səlahət göstərilən məbləğdən iki dəfə azına razılaşmaq şərtiylə komandada qalmaq təklifini geri çevirib. O, kontrakında göstərilən rəqəmdən aşağı düşməyəcəyini rəsmilərin diqqətinə çatdırıb.

Bəlkə də millinin kiperi güzəştə gedərdi. Ona yer edən əsas heyət üzünə həsrət buraxılmasıdır. Premyer Liqanın 3-cü dövrəsinin «Sumqayıt»la 1:1 başa çatan ev oyunundan sonra qapı Aqil Məmmədova tapşırılıb.

Ağayev bunda günahı nə özündə, nə həmkarında, nə də baş məşqçi Füzuli Məmmədovda görür. Problemin səbəbkarı qismində idman direktoru Ceyhun Sultanovdan qeyrisini tanımır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu