
"Mən bir cümlə deyə bilərəm ki, qanun hamı üçün qanundur".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
Nazirliyin nümayəndəsi "Neftçi"nin əsas komandasının xüsusi karantin rejimini pozaraq aprelin 25-də məşqə çıxması və Baqali Dabonun həmin görüntüləri çəkərək sosial profilində paylaşmasına qısaca münasibət bildirib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara məhəl qoymayan paytaxt klubu ilə bağlı araşdırmaların aparıb-aparılmamayacağına gəlincə, S.Məmmədova bunları söyləyib: "Futbola AFFA nəzarət edir və onlar məşğuldu. Bu məsələdə siz AFFA-dan münasibət öyrənin".