"Neftçi" rəhbərliyi yeni yaradılan fonda pul köçürəcəkmi?

22 Mart 2020 18:00 Neftçi 779
"Neftçi" rəhbərliyi yeni yaradılan fonda pul köçürəcəkmi?

Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Cənab İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir.

Bundan sonra müəyyən müəssə və təşkilatlar da fonda yardimlar etməyə başladılar. Görəsən, Premyer Liqa klublarından fonda ödəmə edəni varmı?

Bununla bağlı "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov Sportinfo.az-a deyib: "Açığı, bu barədə bizim söhbətlərimiz olmayıb. Dəqiq nəsə deyə bilmərəm. Fond hələ dünən yaradılıb. Yuxarı qurumlarla məsləhətləşəcəyik"

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı