“Neftçi”nin idman direktorunun xarakteri yoxdur” deyən adam… GEDİR

16 Mart 2020 18:48 Neftçi 1 227
“Neftçi”nin idman direktorunun xarakteri yoxdur” deyən adam…  GEDİR

Dario Federikonun ikinci dəfə döndüyü «Neftçi»dəki gələcək taleyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi, müqaviləsi gələn ilin yayında bitəcək braziliyalı yarımmüdafiəçi ilə vaxtından əvvəl vidalaşmağı qətiləşdirib.

Daim intizamsız hərəkətləriylə yadda qalan legionerin yola salınmasını Füzuli Məmmədov da dəstəkləyib. Baş məşqçi "öz dünya"sı olan cənubi amerikalını əsas heyətdə görmədiyini rəsmilərlə söhbətində bir daha bildirib.

Darioya başqa klublarla danışıqlar aparmaq icazəsi verilib. Braziliyalı razılıq versə, mayın sonunda düşərgəni tərk edəcək.

Əks halda, ona təzminat ödəmək lazım gələcək.

Dario bu mövsüm 4 qol vurub. O, ötən qış qalmaqallı şəkildə "Neftçi"dən "Dequ"ya (Cənubi Koreya) keçmişdi. Ötən yay yenidən "ağ-qaralar"a dönüb, gəl ki, heç cür özünü göstərə bilmir.

Sabiq «Kəpəz»li burada kiminlə yola gedir ki… Roberto Bordin ondan az çəkməmişdi. İtaliyalı çalışdırıcıya dəfələrlə problem yaratmışdı.

Cənubi amerikalı Ceyhun Sultanovu da ciddiyə almır. İdman direktoru haqda 1 il əvvəl işlətdiyi sözlər hələ də yaddaşlardan silinməyib:

“Neftçi” ilə aramızda narazılıq oldu. Mən yaxşı təklif almışdım və getmək istəyirdim. Amma onlar məni buraxmırdılar. Həqiqətən əsəbiləşdim və müəyyən narazılıq yarandı.

“Neftçi”nin idman direktoru Ceyhun Sultanovun xarakteri yoxdur. Çünki biz razılıq əldə etdik, amma o, razılaşmaya əməl eləmədi. Lakin mən istədiyimi həyata keçirdim və klubdan ayrıldım”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"