"Neftçi" SOCAR-dan yeni baş məşqçi TAPŞIRIĞI ALDI

14 Fevral 2020 10:52 Neftçi 1 632
"Neftçi" SOCAR-dan yeni baş məşqçi TAPŞIRIĞI ALDI

Premyer Liqanın son turunda «Qarabağ»la qolsuz heç-heçə edən «Neftçi»də əhval-ruhiyyə nisbətən düzəlib.

Liderə uduzmamağın sevincini yaşayan «ağ-qaralar»a daha bir xoş xəbər SOCAR-dan gəlib.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, neft şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov komandanın qarşısına qoyduğu məqsədi bir qədər yumşaldıb.

O, artıq qıxıl medal istəmir. Çempionluq gəlsə, lap gözəl. Olmasa da, dünya dağılmayacaq. Bu yeniliyə əsasən, Füzuli Məmmədov rahat nəfəs almaq imkanı əldə edib.

Baş məşqçi postunda Roberto Bordini əvəzləyən gənc mütəxəssis gümüş medalı qazanmalıdır ki, Avropa Liqasının startınadək öz işini davam etdirsin.

Burada isə ondan tələb olunan minimum 2 mərhələ keçməkdir. «Neftçi» mübarizəni daha erkən dayandırarsa, Məmmədovun güvən limiti bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!