"Neftçi" Braziliya klubunun transfer təklifi ilə razı deyil

24 Yanvar 2020 17:36 Neftçi 1 205
"Neftçi" Braziliya klubunun transfer təklifi ilə razı deyil

“Neftçi”nin braziliyalı legioneri Dario Frederikonun karyerasını ölkəsində davam etdirmək perspektivi yaranıb.

Braziliya mətbuatı ikinci liqa təmsilçisi “Botafoqo SP”nın oyunçunu heyətinə qatmaq niyyətində olması iddiasını irəli sürüb.

Xəbərdə bildirilir ki, B Seriyası təmsilçisi yarımmüdafiəçi ilə danışıqlar aparmağa və 1,5 illik müqavilə təklif etməyə hazırlaşır.

Frederiko hazırda “Neftçi”nin əvəzedici heyəti ilə məşq edir. O, əsas komandayla Antalyada keçirilən təlim-məşq toplanışına aparılmayıb. Səbəbi səfəröncəsi keçirilən məşqdə Roberto Bordini təhqir etməsidir.

İtaliyalı artıq sükan arxasında deyil, yerinə Füzuli Məmmədov gətirilib. Baş məşqəçi səlahiyyətlərini yerinə yetirən yerli mütəxəssisin Darioya münasibəti isə müsbətdir.

Braziliyalı hələlik qeyri-rəsmi olaraq əfv edilib və idarəçilər Türkiyədən vətənə qayıdandan sonra bu məsələyə nöqtə qoyulmalıdır.

Cənubi amerikalının sözləşməsinin qüvvədən düşməsinə 1,5 il qalıb və aldığımız məlumata əsasən deyə bilərik ki, paytaxt təmsilçisi onunla birdəfəlik vidalaşmağa hazırlaşmır.

Axı “Botafoqo SP”nın müqavilə şərtləri də göz qamaşdırmır. B Seriyasının iştirakçısı həmyerlisinə burada qazandığından qat-qat aşağı məbləğ ortaya qoyub. Həm də ki, “Neftçi“ni razı salacaq təklif verməyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!