Bordin "Neftçi"dən getdi?

18 Yanvar 2020 23:43 Neftçi 1 096
Bordin "Neftçi"dən getdi?

İndicə «Neftçi»nin düşərgəsindən yeni xəbər almışıq.

Sportinfo.az-a daxil olan qeyri-rəsmi məlumata görə, Roberto Bordin bu gün klub rəhbərliyi ilə görüşüb və istefa vermək istədiyini açıqlayıb.

Baş məşqçi fikrini komandadixili ab-havnın pozulması və özünün də psixoloji cəhətdən yorulmasıyla əlaqələndirib. İtaliyalı ona lazımı dəstək vermədikləri üçün rəsmiləri də qınayıb.

Bu xəbər artıq futbolçular arasında da dolaşır. Komanda sabah Kiyev «Dinamo»su ilə yoxlama matçına çıxacaq. Bordinin bu matça qalıb-qalmayacağı bilinmir.

Hələlik məlumatı klub rəsmilərindən dəqiqləşdirə bilməmişik. Amma diqqətdə saxlayırıq. Çalışacağıq ki, oxulularımızı son dəqiqə məlumatları ilə tanış edək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda