Dario "Neftçi"nin qərarını saymadı - əvəzedici heyətə qoşulmadı

13 Yanvar 2020 19:03 Neftçi 1 247
Dario "Neftçi"nin qərarını saymadı -  əvəzedici heyətə qoşulmadı

Məşqdə Roberto Bordini söydüyü deyilən və əvəzedici heyətə göndərilən Dario Frederiko komandaya qoşulmayıb.

Bu barədə sportinfo.az saytına açıqlama verən "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi Mahmud Qurbanov qış təlim-məşq toplanışı üçün Antalyaya aparılmayan 29 yaşlı braziliyalı hücumçudan bir xəbər olmadığını deyib.

"Biz dünəndən təlim-məşq toplanışına yığışmışıq, məşqlərimiz edirik, ancaq Dario komandaya qoşulmayıb. Əsas komandadan bizə məlumat verilmişdi ki, əvəzedici heyətlə məşq edəcək, ona görə Türkiyəyə aparılmayıb. Lakin gəlib çıxmayıb. İndi harda olduğunu bilmirəm. Bizimlə 2-3 gün Kirill Petrov da məşq etdi, sonra çıxıb getdi. Ancaq Dariodan bir xəbər çıxmayıb. Əsas komanda göndəribsə, gəlməli idi. Biz onu axtarası deyilik ki. Əvəzedici heyətin futbolçusu deyil. Sabahda-birigündə qayıdıb gəlsə, məşqə buraxacam. Çünki əsas komandanın futbolçusudur. Amma nizam-intizam öz yerində olmalıdır. Bəlkə də sabah gəldi".

Digər Xəbərlər
Xəbər Lenti