“Görünür, “Neftçi” üçün dərslərdən nəticə çıxarmaq dövrü çox keçmişdə qalıb”.
Bu fikirlər Sportinfo.az saytının və ”Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış jurnalist Konfrans Liqasının ikinci təsnifat mərhələsində Minsk ”Dinamo”suna uduzan və avrokubokulara erkən vida edən paytaxt təmsilçisinin rəsmilərini qınayıb:
“Neftçi” Azərbaycan futbolunun flaqmanı adını daşıyırdı - o adı illərlə özünə yaraşdırdığı uğursuzluqlar, məğlubiyyətlərlə hörmətdən saldı.
İndi sosial şəbəkələrdə hər yerindən duran “flaqman” sözüylə məzələnir. “Neftçi”ni idarə edənlər üçün isə görünür, bu vəziyyət narahatlıq doğurmur.
Nə qədər ki, neft var, SOCAR olacaq, SOCAR da varsa, “Neftçi” yaşayacaq. Kim nə bacarır, qoparsın.
Cenk Sümer efendi, sizin Türkiyede böyle takım yöneldene ne yaparlar? Hər halda Türkiyədə bu qədər uğursuzluqdan sonra mediaya cıxıb şöyle-böyle danışıb postunnda çox qala bilməzsiz.
Bura isə arıq eşşəyin yaylağıdır, nə cür rızalət, fiasko olursa olsun, sənə ”gözün üstə qaşın var” deyən olmayacaq. Sizin üçün Avropa macərası başlamamış bitdi.
Gəlin, Azərbaycan çempionatna. Yenə bütün mövsümü hakim səhvlərindən video-roliklər hazırlayın, o kluba bir söz atın, başqasının büdrəməsini gözləyin ki, cədvəldə ilk ”üclüy”ə düşəsiz, yekunda da belə.
Bir yaxşı işiniz odur ki, pulla rəqibi almırsız.
Yoxsa Azərbaycan futbolunda elə klub rəhbərləri olub ki, bu ”Dinamo Minsk”i topdan alıb, oynadığı stadionun da projektor pulunu verib, rahatca çıxardı növbəti mərhələyə.
Bir buna görə sağ olun ki, ”Neftçi”nin adını belə işlərdə hallandırmırsız”.
