Bax, bu, əsl “Neftçi” havasıdır! - VİDEO

16:40 Neftçi 144
Bax, bu, əsl “Neftçi” havasıdır! - VİDEO

Ardıcıl 4 oyunu qalibiyyətlə başa vuran “Neftçi”nin qələbə seriyası qırıldı.

“Zirə”də yerli komandanın qonağı olan “ağ-qaralar” ikinci hissədə hesabı açmasına baxmayaraq, oyunun son dəqiqələrində qapısında top gördü.

VAR-da əyləşən Nicat İsmayıllının savadsızlığına görə baş hakim İnqilab Məmmədova epizodun təkrarına baxmaq imkanı yaradılmadı deyə, referi oyundankənar vəziyyətdə vurulan qolu hesaba aldı.

Nəticədə Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 4-cü pilləyə yüksəlmək imkanını əldən verdi.

Oyundan sonra “Neftçi” azarkeşlərinin qəzəbini anlamağa dəyərdi. Hakimləri hədəfə alan təfərdarlar “dişinin dibindən çıxanı” deyir, bir növ əsəblərini soyutmağa çalışırdılar.

Əvəzində, komanda üzvlərinə isti münasibət göstərməklə dəstəklərini nümayiş etdirdilər.

“Neftçi”ni tribunanın önünə səsləyən fanatlar top dalınca qaçanları və qələbəsi əlindən alınan futbolçuları ayaqüstə alqışladı.

Böyük maraqla izlənilən görüntüləri təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti