Yuri Vernidub “Neftçi”də qalmağa tərəddüdlə yanaşır - Niyə getmək istəyir?

14:40 Neftçi 273
Yuri Vernidub “Neftçi”də qalmağa tərəddüdlə yanaşır - Niyə getmək istəyir?

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub ölkəmizdə uğur qazanacağına şübhə ilə yanaşmağa başlayıb.

Ötən ilin dekabrında bura gəlmiş ukraynalı mütəxəssis növbəti mövsümü «ağ-qaralar»ın sükanı arxasında keçirməyə tərəddüd edir.

60 yaşlı çalışdırıcı klub rəsmiləri ilə söhbəti zamanı bu narahatlığını dilə gətirib.

Vaxtilə «Şerif»lə Çempionlar Liqasının qrup mərhələsində «Real»a qalib gəlməyi bacarmış Vernidub bildirib ki, hakimliklə bağlı problem həllini tapmasa, dəyişən heç nə olmayacaq.

«Zirə» ilə son matçda yaşanan məlum hadisələri misal çəkən baş məşqçi deyib ki, qarşılaşdığı neqativlər onda ruh düşkünlüyü yaradıb:

«Mən öz işimi görəcəm. Yaxşı komanda quracağıq.

Narahatlığım hakimlərdəndir. Bu məsələni artıq birdəfəlik həll etmək lazımdır.

Onlar mane olsa, biz yenə uğur qazanmağa çətinlik çəkəcəyik. Ukrayna və Moldovada mən belə bərbad və qərəzli hakimlər görməmişəm.

Buradakılar «Neftçi»ni sıxmaq üçün hər yola əl atır.

Futbolçularımın gözündən oxuyuram ki, hamısı inamsızdır. Mən belə vəziyyətdə onları necə toparlayacağımı bilmirəm».

«Neftçi» Premyer Liqada 28 tura 44 xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində yer alıb.

Vernidub dekabrda 6 aylıq müqaviləyə imza atarkən üzərinə öhdəlik götürüb - komandanı avrokuboklara daşıyacaq. Belə olan halda, onunla kontrakt avtomatik 1 il müddətinə uzadılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!