“Öz adımdan deyirəm, peşəkaram və özümə qarşı bu cür münasibəti heç vaxt qəbul etmərəm“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin braziliyalı legioneri Breno Almeyda deyib.
Vinger Premyer Liqanın 28-ci turu çərçivəsində “Zirə“ ilə keçirilən səfər matçında (1:1) baş verən hadisədən danışıb.
Cənubi amerikalı rəqibin formasını geyinən həmyerlisi Junior Martinsin bərabərlik qolunun sevincini “Neftçi“nin ehtiyat skamyasının önündə qeyd etməsinə hiddətlənib.
Onunla aralarında yaşanan insidentə görə qırmızı vərəqə alan Almeyda aşağıdakıları söyləyib:
“O. məni növbəti turda “Qarabağ”a qarşı oynamaqdan məhrum etdi. Futbolçu qol vurubsa, istədiyi şəkildə qeyd edə bilər.
Lakin ehtiyat oyunçular skamyamızın qarşısına gəlib artıq jest etməsi bizə qarşı hörmətsizlikdir.
“Neftçi” bir ailədir, imkan vermərəm ki, kimsə kənardan gəlib ailəmizə bu cür müdaxilə etsin “.

