“Zirə” – “Neftçi” qarşılaşmasının hakimləri yekun nəticəyə təsir edən səhvə yol verib.
Bunu biz iddia etmirik, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov açıq şəkildə bəyan edib.
Bildirib ki, Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutan oyunun 90+4-cü dəqiqəsində qonaq komandanın qapısına vurulan qol zamanı baş hakim İnqilab Məmmədov oyundankənar vəziyyəti düzgün müəyyənləşdirməyib.
VAR-a cavabdehlik daşıyan Nicat İsmayıllı isə səhvə yol verərək, həmkarını epizodun təkrarına baxmağa dəvət etməyib.
Nəticədə “ağ-qaralar”ın qələbəsi əlindən alınıb və oyun 1:1 hesabı ilə başa çatıb.
Sportinfo.az-ın əməkdaşı Həbib Aslanov yaşananlarla bağlı mövqeyini bildirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

