Almaniya klubundan təklif aldı, “Neftçi” variantını ikinci plana atdı

14:00 Neftçi 384
Almaniya klubundan təklif aldı, “Neftçi” variantını ikinci plana atdı

Millinin və «Şamaxı»nın müdafiəçisi Rüfət Abbasov karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.

Bu klubdan saytımıza klubdan məlumat verilib.

Ona Avropanın bir neçə ölkəsindən təklif gəlib. Dəvət göndərənlərdən biri də Almaniyadandır.

Belə ki, II Bundesliqa təmsilçisi hazırda menecerlər vasitəsilə Rüfətlə intensiv danışıqlar aparır.

Abbasov legioner həyatı yaşamağa çox həvəslidir. Odur ki, «Neftçi»yə dönmək variantını dəyərləndirməyə tələsmir.

«Ağ-qaralar» 2 il öncə yollarını ayırdığı yetirməsini geri qaytarmaq fikrinə düşüb.

Paytaxt təmsilçisi 2005-ci il təvəllüdlü gənclə danışıqlara başlayıb. Arxa xətt oyunçusuna 3 illik müqavilə təklif olunub.

Abbasov «Şamaxı»ya gələnədək Premyer Liqa üzü görməyib. Onadək «Neftçi»nin əvəzedici heyətində çıxıh etmiq müdafiəçinin bəxtini Ayxan Abbasov açıb.

O, Rüfəti öncə «şirlər»in düşərgəsinə aparıb, oradan da U-21 yığmasına. Əsas millinin sükanı arxasına keçəndən sonra isə buranın qapılarını onun üzünə açıb.

Yuri Vernidub Rüfət Abbasovu Premyer Liqa oyunlarında görüb.

Ukraynalı 20 yaşlı futbolçunun «Neftçi»nin yetirməsi olduğunu bilincə, klub funksionerlərinə «belə istedadı necə əldən buraxmısız» sualı ünvanlayıb, təəccübünü gizlətməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti