Mövsümün sonunda “Neftçi”dən ayrılacaq ilk futbolçunun adı bəlli olub.
Sportinfo.az xəbər verir ki, Bakı klubu rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin ilə yollarını ayıracaq.
Bu mövsüm “ağ-qaralar”ın heyətində nadir hallarda meydana çıxan oyunçu ilə müqavilənin müddəti yenilənməyəcək.
Kristian Kostin ötən ilin yayında “Neftçi” ilə 1+1 illik müqavilə imzalayıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.


