Məlum olduğu kimi, “Neftçi” 26200 manat cərimələnib.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna “Zirə”yə qarşı keçirilmiş Misli Premyer Liqasının 28-ci turunun oyununda yaşananlar səbəb olub.
Qarşılaşmada “Neftçi”dən beş nəfər sarı vərəqə alıb. Buna görə “ağ-qaralar” 700 manat ödəyəcək.
Baş məşqçi Yuri Vernidub 90+8-ci dəqiqədə hakimin qərarına etiraz ucbatından birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, kluba isə 5000 manat cərimə tətbiq edilib.
Ukraynalı mütəxəssisin köməkçisi Dmitro Kara Mustafa eyni səbəbdən 1 matçlıq cəzaya məruz qalıb. Bakı təmsilçisi daha 5000 manat ziyana düşüb.
“Neftçi”nin futbolçusu Breno Almeyda da 90+5-ci dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görüb. O da bir oyun komandasına kömək edə bilməyəcək. “Ağ-qaralar” buna görə 3000 manat ödəməli olacaq.
Bundan əlavə, komandanın azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığı üçün klub 8000 manat cərimələnib.
Fanatlar meydana kənar aşyalar da atıblar. Bakılılar bu səbəbdən daha 4500 manatından keçməli olacaq.
“Neftçi“ İntizam Komitəsinin qərarlarıyla razı deyil. klub apellyasiya şikayəti hazırlayır və onu ən qısa müddətdə AFFA-ya təqdim edəcək.
“Ağ-qaralar“ baş hakim İnqilab Məmmədovun yanlış qərarı üzündən aranın qarışmasının nəticəsində yaşanan hadisələrin bu cür qiymətləndirilməsini qətiyyən məqbul hesab eləmir.
Çünki Hakimlər Komitəsinin sədri Rəhim Həsənov referinin “Neftçi“nin əleyhinə səhv addım atmasını boynuna alıb.
SPORTİNFO.AZ

