"Neftçi" bu legionerin transfer hüququnu almaqdan İMTİNA ETDİ!

14:40 Neftçi 595
"Neftçi" bu legionerin transfer hüququnu almaqdan İMTİNA ETDİ!

"Neftçi" ötən ilin iyununda icarəyə götürdüyü Ouis Ortisin birdəfəlik transferindən imtina edib.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, "Sportivo Ameliano"dan gələn vingerlə birillik müqavilənin müddəti yenilənməyəcək. Onun məxsus olduğu Paraqvay təmsilçisi artıq bundn xəbərdardır.

Adıçəkilən legioner cari mövsüm Misli Premyer Liqasında 19 oyunda (488 dəqiqə) iştirak edib və qol vura bilməyib.

Əsas heyətə düşmək uğrunda rəqabətə dözməyən cənubi amerikalı ilə əlaqəli məsələdə klub rəhbərliyinin mövqeyi baş məşqçiylə üst-üstə düşür.

Ümumiyyətlə, Yuri Vernidub Samir Abasovun Luis Ortisi hansı məqsədlə bura gətirməsinə anlam verə bilmir.

Ukraynalı mütəxəssis funksionerlərlə apardığı fikir mübadiləsi zamanı dəfələrlə onun adını çəkib, komandaya yararlı olmadığını söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti