"Neftçi"nin koordinatoru: "Burada çalışmasaydım və əziyyəti görməsəydim…"

20 Aprel 23:00 Neftçi 322
"Neftçi"nin koordinatoru: "Burada çalışmasaydım və əziyyəti görməsəydim…"

"Biz də bu mövzuda qayğılıyıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasıenda "Neftçi"nin akademiyasının koordinatoru Sənan Qurbanov deyib.

Cari mövsümdən Premyer Liqada legioner limiti ləğv edilməsi akademiyanın gələcəyinə necə təsir eləyə bilər?

Mütəxəssisin cavabını eşidək:

"Düzdür, əsas komandada Rza Cəfərov, Murad Məmmədov kimi gənclərimiz var. Limit ləğv edilib, rəqabət artıb, amma yenə oynayan uşaqlarımız var.

İndi daha çox çalışmalıyıq. Bu yöndə fikirlər birmənalı deyil.

"Qəbələ" və "Qarabağ" eyni anda qruplarda olanda legioner limiti 6+5 idi. 21 yaşında 1 oyunçunun əsas heyətdə olması da şərt idi.

Bəlkə də bundan istifadə edənlər vardı. Amma istifadə etməyib, inkişaf edənlər də vardı. Yaxşı oyunçu istənilən şərtlərdə özünə yer tapacaq.

Əlbəttə, istəyərdik ki, Premyer Liqada sayları çox olsun. Çətin mövzudur. Akademiyada çalışmasam, buradakı əziyyəti görməsəydim,

Premyer Liqa məşqçisi kimi legioner alıb oynatmaq daha rahat ola bilərdi. Amma bu gün çox istərdim ki, yerli oyunçularımız Premyer Liqada daha çox olsun.

Təbii ki, bunun üçün də limitin olması lazımdır. Bəzən akademiyada inandığımız uşaqlara əsas komandada 6 ay səbr etsək, daha yaxşı nəticə əldə edə bilərik".-

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 18:10 Çək və bizə göndər!