“Neftçi” AFFA-da çalışan tanınmış şəxsə vəzifə təklif etdi - SON DƏQİQƏ

13:00 Neftçi 754
“Neftçi” AFFA-da çalışan tanınmış şəxsə vəzifə təklif etdi - SON DƏQİQƏ

«Neftçi»nin sabiq futbolçusu və məşqçisi, eyni zamanda seleksiyaçısı olmuş Bəxtiyar Musayev bura qayıda bilər.

Hazırda AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi vəzifəsini tutan şəxs keçmiş klubundan dəvət alıb.

Paytaxt təmsilçisi ötən ilin iyulundan bəri federasiyada çalışan tanış simaya konkret təkliflə müraciət edib.

«Neftçi» rəhbərliyi seleksiya işində yenilik etməyə qərar verib.

Transfer komitəsinin yaradılması nəzərdə tuiulub. Musayevə ünvanlanan çağırışın səbəbi də budur - gəl, komitəyə başçılıq elə. Də Ora bir neçə təcrübəli skautun cəlb edilməsi lazım bilinib.

Komitə baş məşqçi ilə əlaqəli fəaliyyət göstərəcək. Onlar yay transfer çalışmalarıyla bağlı Yuri Vernidubla gündəlik çalışacaq.

Ukraynalı mütəxəssis komitə üzvlərinə istədiyi mövqelər üzrə siyahı təqdim edəcək, əvəzində namizədlərin adları ilə tanış olacaq.

Ayrı-ayrı menecerlər də bundan belə Verniduba zəng vurmayacaq, xidmətini təklif elədiyi futbolçuların sv-lərini transfer komitəsinə göndərəcək.

Kimlər bəyəniləcək, kimlər bəyənilməyəcək - yekun qərar yenə baş məşqçidə olacaq.

Eyni zamanda, komitənin nümayəndələri gələcək hər bir oyunçu barədə raport verəcək.

Bəxtiyar Musayev müxtəlif illərdə ağ-qara formanı geyinib.

Sabiq yarımmüdafiəçi 13-14 il öncə burada həm məşqçi, həm də seleksiyaçı olaraq fəaliyyət göstərib. 2015-ci ildə yenidən geri qayıdıb və eyni işi görüb.

SPORTİNFO.AZ

Bəxtiyar Musayev AFFA-da şöbə müdiri təyin olundu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti