“Neftçi”yə “quyu” qazanlarla bağlı ŞOK XƏBƏRLƏR eşidəcəksiz!

09:40 Neftçi 501
“Neftçi”yə “quyu” qazanlarla bağlı ŞOK XƏBƏRLƏR eşidəcəksiz!

Qaranlıq uzağı görmək üçündür.

«Neftçi»nin də iki rəngindən biri qaradır.

Klubun günü qaradır yenə. Hə, bundan da o yana rəng yoxdur.

Rənglərin qarışığından əndrabadi bir şey alınır. «Neftçi» dünən o gecələrdən daha birini yaşadı.

Çox pis bir gecə oldu. Zirədə başverənlərə Hakimlər Komitəsinin, ümumilikdə, AFFA-nın necə reaksiya göstərəcəyi mənə maraqlıdır

Görək, Rəhim Həsənov İnqilab Məmmədovun növbəti hoqqasına necə don geyindirəcək, yan-yörəsinə bəzək-düzək vuracaq.

O. sədrlik etməyi bacarmasa da, belə məsələlərdə «peşəkar»dır. Savadsız sədrin hakimi də onun kimi olar. Yaxşı tapıblar bir-birini.

İnqilab Məmmədov Zirədə «yenilik» etmədi. «Neftçi» ona qədər də bir çox oyunda «ədalət təmsilçiləri»nin ədalət prinsiplərinə tüpürməsinin əziyyətini çəkib.

Bunu deməklə köhnə kitabın kif iyi verən səhifələrini vərəqləmirik. Hər şey yaxın keçmişdə yaşananlardır, göz yaddaşını itirməmişik hələ.

İnqilab «Neftçi»nin əvvəlki rəhbərliyi liə yaxın olub, çox «cici-bacılıq» ediblər. Hazırkı idarəçilər isə onunla şəxsi münasibət qurmayıb, hansısa dərdinə yanmayıblar, hansısa probleminin həllinə yaramayıblar.

İnqilab və daha bir neçə «hakim» var ki, təyinat aldıqları oyunlarda belə «incə nüanslar»ı nəzərə alırlar.

Yuri Vernidubun yerində, misalçün, Füzuli Məmmədov olsaydı, o, ömür-billah Brahim Konatenin son dəqiqə qolunu saymazdı, ən pis halda VAR kamerasına baxmağa gedərdi.

Oyun bitdi, havada uçuşan sarı və qırmızı vərəqələrin sayı itdi. İnqilab çox pis davrandı narazı tərəflə.

Vernidub yaşlı və dünya görmüş insandır, Çempionlar Liqasına komanda çıxarmış biridir. Xaraktercə mülayimdir, çox nadir hallarda əsəbiləşir.

Gör, baş hakim ukraynalını necə özündən çıxardısa, o, ard-arda iki sarı vərəqə alıb, texniki zonanı tərk etmək məcburiyyətində qaldı.

İnqilabın əlini aqressiv şəkildə cibinə atdığı anın görüntüsünə təkrar baxın, «Neftçi»yə acıqlı münasibətini o dəqiqə sezəcəksiz. Bunun araşdırılması mütləqdir.

«Neftçi»nin bərabərlik qoluna etirazı haqlıdır. Konatenin toru silkələyən zərbəsi qeydə alınmamalıydı.

Ruan Renato Kenan Piriçin görünüş məsafəsini bağladığı anda aktiv oyundankənar vəziyyətdə idi. Bu əllamə referi hansı ağılla VAR-a getmədi, qolu saydı, müəmmalıdır.

«Neftçi» ilə belə ağır «zarafat» edənin axırı yaxşı olmaz. Bu günün sabahı var. Klubun gerçək sahibi bəllidir - o hörmətli şəxs bir gün yumruğunu masaya çırpacaq və bilin ki, elə gün çox «başlar» gedəcək.

Dünənki hadisə, yəqin ki, səbr kasasını daşıran son damla kimi tarixə keçəcək. Və biz yaxınlarda hansısa mühüm xəbərlər alacağıq.

«Neftçi»yə ilişmək adi hal alıb. Hər ata-anasından küsən gəlib «Neftçi»nin başına «oyun» açır.

Bu, müəyyən bir mərkəzdən idarəetmənin xəbərçisidir.

Biz xəbərçilik eləmirik, sadəcə, xəbər veririk - bir komandaya qarşı davamlı səhvlər olursa, hardasa bir «Mister X» var, amma gizlənib, onu tapmaq lazımdır.

Həmin «Mister X»nin kimliyini müəyyənləşdirmək isə «Neftçi»nin söykəndiyi möhtərəm şəxs üçün 2:2-dir.

Bugünədək sakit dayanıbsa, arada hörmət saxlayıbsa, bu, o demək deyil ki, hər şey belə gəlib, belə də gedəcək. Tezliklə nələrsə olacaq, bax onda şok xəbərləri ard-arda eşidəcəksiz.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!